Ali məktəblərə sənəd qəbulunun vaxtı bir gün uzadıldı

31 May 2010 17:29
Azərbaycanın ali məktəblərinə sənəd qəbulunun vaxtı bir gün uzadılıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, ali məktəblərə sənəd qəbulu iyunun 1-i saat 17.00-dək uzadılıb. Bu gün 17.00-a olan məlumata görə, artıq ali məktəblərə 11447 abituriyent sənəd verib. Onlardan 102756 nəfəri Azərbaycan, 12091 nəfəri isə rus bölməsi üzrə sənəd verənlərdir.

/APA/