10:23
İranın Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələ nəticəsində vilayətdə xəsarət alanların sayı 19-a yüksəlib.
Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, xəsarət alanların sayının artacağı ehtimal olunur.
Yavəri bildirib ki, Roştxar rayonundan əlavə. daha 4 rayonda xəsarət alanlar var.
09:48
İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-i səhər saatlarında 5 maqnitudalı zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi "Mehr" agentliyinə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində xəsarət alan və ölən olmayıb. Hadisə yerinə dərhal xilasedici qruplar göndərilib, təbii fəlakətin vurduğu maddi ziyanın miqyası ilə bağlı araşdırmalara başlanılıb.
Zəlzələnin təsiri qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss olunub.
Milli.Az