Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var

1 May 2025 00:53

Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Çiçəkli kəndində qeydə alınıb.

Belə ki, "Priora" markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara çıxıb. Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı rayonun Cəngan kənd sakinləri: 1998-ci il təvəllüdlü Raqif Telman oğlu Məmmədov və qardaşı, 2000-ci il təvəllüdlü Elşad Telman oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az