Ağcabədidə ağır qəza - ölənlər var

1 May 2025 01:07

01:07

Xəbərə video əlavə olunub.

-----------
23:30

Ağcabədi rayonunda baş verən qəzada iki nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan minik maşını traktorla toqquşub. Nəticədə minik avtomobilində sürücüsü və sərnişini Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az