Azərbaycanəsilli Xanlar Paşabəyov Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin meri təyin edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, X.Paşabəyov daha əvvəl Dağıstanın ədliyyə naziri olub.
O bu vəzifədə 2022-ci ildən çalışıb.
Qeyd edək ki, aprelin 30-da Əhməd Quliyev öz istəyi ilə Dərbəndin meri vəzifəsindən istefa verib.
Milli.Az