"Koroğlu"da zəncirvari qəza - VİDEO

30 Aprel 2025 18:49

Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, zəncirvari qəza nəticəsində bir neçə avtomobilə ziyan dəyib.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar var.

Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.


Milli.Az