Hüseyn buna görə əməliyyat olunubmuş - VİDEO

30 Aprel 2025 20:49

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov bir müddət əvvəl keçirdiyi əməliyyatından söz açıb.

Milli.Az bildirir ki, Hüseyn bununla bağlı instaqram səhifəsində video yayımlayıb. 

Görüntülərdə Həsənovun əməliyyata hazırlıq prosesi əks olunub.

Bloger bildirib ki, o,  kişilər arasında geniş yayılan ginekomastiya ( kişilərdə süd vəzlərinin qadınların süd vəzləri kimi böyüməsi - red.) əməliyyatını etdirib.

Milli.Az