İdmansız incə belin sirri - Bu qidaları nə qədər yesəniz də kökəltmir

1 May 2025 06:06

Tanınmış qarın bölgəsindəki piylərdən qurtulmağın yollarını açıqlayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, diyetoloq Tara Collingwood xilas olmaq üçün yumurta, yaşıl tərəvəzlər, avokado, qoz-fındıq, meşə meyvələri, yağlı balıq, acı bibər və yaşıl çay kimi qidaların təsirli olduğunu bildirib.

Mütəxəssis qeyd edib ki, bu qidalar həm bədəni sağlam saxlayır, həm də yağların əriməsini sürətləndirir. Onun sözlərinə görə, səhər yeməyində yeyilən yumurta uzun müddət tox saxlayır və maddələr mübadiləsini canlandırır. Yaşıl yarpaqlı tərəvəzlər isə həzmi yaxşılaşdırır, şişkinliyi azaldır və qarın piylərinin toplanmasının qarşısını alır. Avokado qandakı şəkəri tarazlayır, qarnın piylənməsinə səbəb olan insulinə həssaslığı azaldır. Qoz, fındıq və badam kimi çərəzlər iştahanı kəsir, amma kalori baxımından zəngin olduqları üçün az miqdarda yeyilməlidir. Çiyələk, böyürtkən, moruq kimi meşə meyvələri isə həm şirinliyə olan istəyi azaldır, həm də qarın bölgəsində yağ yığılmasının qarşısını alır.

O, somon və uskumru kimi yağlı balıqların bədəndəki iltihabı azaltdığını və bu yolla qarındakı piyləri əridə biləcəyini vurğulayıb. Onun fikrincə acı bibər də maddələr mübadiləsini sürətləndirərək piylərin yandırılmasına kömək edir. Gün ərzində 2-3 fincan şəkərsiz yaşıl çay içmək isə qarın piylərinin əriməsini dəstəkləyir.

Mütəxəssis bildirib ki, möcüzəvi bir tək qida yoxdur, amma düzgün seçilmiş məhsullarla və həyat tərzində edilən kiçik dəyişikliklərlə qarın piylərindən qurtulmaq mümkündür.

İsmayıl
Milli.Az