Anası və nənəsini eyni gündə faciəvi şəkildə itirən müğənni: "Nəvə sevinci çox çəkmədi"

30 Aprel 2025 16:23

Bir müddət əvvəl anası və nənəsini faciəvi şəkildə itirən müğənni İlkin Fuad efirə çıxıb.

Milli.Az xəbər verir ki, sənətçi yaşadığı həmin faciəvi günü yada salıb.

"Övladım olan vaxt anam İstanbulda idi. Onu istirahətə yollamışdım. Telefonla xəbəri verdim ki, nənə oldun, çox sevindi. 35 yaşında ailə qurdum. Gec evlənməyimə görə narahat idi. Həmişə deyirdi ki, nəvə görmək istəyirəm. Çox çəkmədi, il yarım bu sevinci dada bildi.

Həqiqətən də mənasız ölüm oldu. Nənəmin həmin günü təzyiqi vardı, ölçməyə getmişdi. Bilmirəm həmin vaxt şok keçirib, ya qazın iyindən gedib. Mən gələndə qaz və su bağlı idi. Heç həmin evə getməzdi".

Hüseyn
Milli.Az