Tovuzun Aşağı Quşçu kəndində anadan gəlmə müxtəlif xəstəliklərdən əziyyət çəkən gəncə üçüncü qrup əlillik dərəcəsi təyin edilib.
Milli.Az xəbər verir ki, valideyni övladının əlillik dərəcəsinin düzgün təyin edilmədiyini düşünür.
Bəs 18 yaşlı Aslan Aslanova əlillik dərəcəsi həqiqətən səhv təyin edilib?
Ananın sözlərinə görə, oğluna birinci qrup əlillik əvəzinə 3-cü qrup təyin edilib:
"Uşağım anadan gəlmə nitq qüsurludur. Uşağımın əlilliyi sonradan dəyişdirildi, bunun səbəbini isə mən bilmirəm".
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik.
Sualımıza cavab olaraq bildirildi ki, vətəndaş hazırkı təyinatdan razı olmadığı halda əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssəsinə yaxınlaşmalıdır:
"Tibb müəssəsi tərəfindən Aslan Aslanovun hazırkı diaqnoz və ağırlaşmaları ilə bağlı yeni forma 88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər".
Aysel Əkbər
Milli.Az