Türkiyə Netanyahuya icazə verdi

30 Aprel 2025 14:14

Türkiyə "Sionun qanadı" adlı İsrail hökumət təyyarəsinin hava məkanından keçməsinə icazə verib.

Milli.Az xəbər verir ki, bu barədə "Azerbaijani-Israeli Alliance Global News" məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu 7 may axşamı Azərbaycan səfərinə hökumətə məxsus "Kanaf Zion" (Sionun qanadı) adlı təyyarə ilə yola düşəcək.

Bu isə o deməkdir ki, Türkiyə bu təyyarənin öz hava məkanından keçməsinə icazə verib.

Xatırladaq ki, bundan əvvəl - 2024-cü ilin noyabrında Türkiyə İsrail prezidenti İsxaq Hersoqun Bakıda keçiriləcək COP29 sammitində iştirakına faktiki olaraq mane olmuş, onun təyyarəsinə hava məkanından keçid izni verməmişdi.

Kənan
Milli.Az