Əməkdar artist övladını itirib - ilk dəfə açıqladı

30 Aprel 2025 14:22

Əməkdar artist Bəsti Bəkirova şəxsi həyatı barədə maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, sənətçi övladını itirdiyini açıqlayıb.

Ən çətin günlərini xatırlayan Bəkirova yaşadığı acı günü bu sözlərlə çatdırıb:

"Çox çətinliklər olub. Ən böyüyü ilk övladımı itirməyim olub. Bir il idi ki, ailə qurmuşduq. "Qarabağ müharibəsi" dövrü idi. Xocalı hadisələri olan zaman bu, baş verdi. Mənə çox pis təsir etmişdi. Dünyaya gələndən iki gün sonra uşağım dünyasını dəyişdi. Vaxtından əvvəl xəstəxanaya apardılar.

Bu barədə heç yerdə danışmamışdım. 40 ildə birinci dəfədir ki, dilimə gətirirəm. O günü heç xatırlamaq istəmirəm. Çingiz Mustafayev ən yaxın dostum idi. Onu da itirdim. İlk dəfə Çingiz mənə minusla oxumağı öyrətmişdi. O vaxt aranjmanın nə olduğunu bilmirdik. Həmişə musiqiçilərlə canlı oxuyurduq".

Musa
Milli.Az