“İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi

30 Aprel 2025 17:29

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində aparılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib.

Milli.Az xəbər verir ki, əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. 

Onlardan 18-i həbs edilib. 

Bundan əvvəl isə aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılmışdı. Bundan sonra isə, hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs etmişdi.

Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı mart ayında həbs edilmişdi.

Milli.Az