Hindistan yaxın 24 saat ərzində Pakistanı vura bilər - Nazir

30 Aprel 2025 11:07

"Hindistan qarşıdakı 24-36 saat ərzində Pakistana qarşı hərbi hücum həyata keçirməyi planlaşdırır".

Milli.Az rumafia"ya istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar deyib.

Onun sözlərinə görə, hücum üçün bəhanə olaraq Pahalgamda baş vermiş hadisədən istifadə olunacaq. (terrorçular turistlərə hücum edərək 26 nəfəri qətlə yetirib red.).

"İstənilən təcavüz aktı qəti cavabla qarşılanacaq. Regionda baş verəcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət Hindistanın üzərinə düşəcək," - deyə Tarar vurğulayıb.

Kənan
Milli.Az