Trampın sosial şəbəkədəki paylaşımlarını o, yazırmış

30 Aprel 2025 07:37

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesablarındakı paylaşımları şəxsən özü yazdığını etiraf edib.

Tramp bu barədə "Atlantic" jurnalına verdiyi müsahibədə bildirib. O, sosial şəbəkələrdəki paylaşım prosesini sürətli etdiyini və bəzən başqalarının yazdığı mesajları oxusa da, özünün paylaşım etməyi daha çox sevdiyini qeyd edib.

"Siz bunu görsəydiniz, heyrətlənərdiniz. Bu, mənim də xoşuma gəlir. Bəzən mən deyirəm, yazırlar, amma bunu özüm etməyi xoşlayıram", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, bu açıqlama əvvəllər Trampın sosial şəbəkə hesablarındakı paylaşımlarını əsasən mətbuat nümayəndələri və köməkçiləri yazdığına dair məlumatlarla ziddiyyət təşkil edir.

Milli.Az