"Kızılcık şerbeti"ndə ayrılıq - FOTO

29 Aprel 2025 23:21

Show TV-də yayımlanan və Gold Film-in istehsalı olan "Kızılcık Şerbeti" serialında bu mövsüm hekayəyə daxil olan Meri obrazı ilə vidalaşma vaxtıdır.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meri obrazını canlandıran təcrübəli aktrisa Şebnem Bozoklu serialın heyətindən ayrılacaq. Bozoklunun canlandırdığı Meri obrazının hekayəsi yaxın günlərdə tamamlanacaq və aktrisa 3-cü mövsüm finalından əvvəl seriala vida edəcək.

Serialda 3 mövsümdür Pembe obrazına uğurla həyat verən təcrübəli aktrisa Sibel Taşçıoğlu da keçmiş bölümlərdə serialdan ayrılmışdı.

"Kızılcık Şerbeti", bir-birindən tamamilə fərqli iki ailənin mədəniyyət fərqləri fonunda eyni həyat xəttində birləşmək üçün göstərdiyi səyləri təsvir edir. Bu səylərin mərkəzindəki ən sərt, lakin bir o qədər də duyğusal obrazlardan biri şübhəsiz ki, Pembe idi.

Aydın Bulutun rejissorluğu ilə çəkilən "Kızılcık Şerbeti"nin 103-cü bölümü 30 may tarixində yayımlanacaq və serial üçüncü mövsümünə nöqtə qoyacaq.

Lalə Qüdrətova
Milli.Az