Sabah bu ərazilərdə qaz olmayacaq

29 Aprel 2025 20:24

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.

Milli.Az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 100 mm və 159 mm boruların korroziyaya uğramasıdır.

Bildirilib ki, Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində 30.04.2025 tarixdə saat 09:00 dan müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Milli.Az