Netanyahunun korteji qəzaya düşdü - FOTO

29 Aprel 2025 20:13

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş verib.

Məlumata görə, anım mərasimindən çıxan avtomobil motosiklet sürücüsünü vurub.

Baş nazirin həmin maşında olmadığı bildirilir.

Milli.Az