Sərnişinlərin NƏZƏRİNƏ - Bu marşrut həmin ərazidən keşməyəcək

29 Aprel 2025 17:52

10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Milli.Az-a AYNA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

Milli.Az