Pezeşkianın oğlu da həmin şeiri paylaşdı - VİDEO

29 Aprel 2025 18:12

İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian sosial media hesabında emosional paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o? da atasının Bakıda dediyi şeirin videosunu paylaşıb.

O, paylaşıma  "Bir görəydim ayrılığı kim saldı. Ölkəmizdə kim qırıldı, kim qaldı?" sözlərini də əlavə edib.

Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı - iki oğlu bir qızı var.

Milli.Az