Türkiyədə sevilən "Hudutsuz Sevda" serialında baş verən son dəyişiklik tamaşaçıları təəccübləndirib.
NOW TV-də cümə axşamları yayımlanan və izləyicilərin böyük marağına səbəb olan serialın baş rol aktrisası Miray Daner 63-cü bölümdə seriala vida edəcək.
Serial yeni mövsümdə yeni ad və konseptlə davam edəcək
Məlumata görə, serialda "Zeynep" obrazını canlandıran Miray Daner, ikinci mövsümün sonunda layihədən ayrılır. Serialın yeni mövsümündə isə hekayə fərqli istiqamətdə inkişaf etdiriləcək və "Halo" kod adı ilə yeni bir konsept altında davam edəcək.
Bu dəyişikliklə bərabər, aktyor heyətində də yenilənmələr gözlənilir. Serialın əsas simalarından biri olan Deniz Can Aktaş isə "Halil İbrahim" obrazı ilə ekranlara geri dönəcək.
Son bölümdə nələr baş verdi?
Serialın son bölümündə "Russo" adlı obrazın gəlişi ilə "Halil İbrahim" və "Fikret" özlərini yeni bir təhlükənin mərkəzində tapır.
"İskəndər"in verdiyi qərar mübarizənin istiqamətini dəyişdirir və "Halil İbrahim" ilə "Zeynəp" arasındakı bağ daha da güclənir. Didem, yaşadığı sarsıntıdan sonra "Zeynəp"ə qarşı yeni bir mövqe sərgiləyir. Eyni zamanda "Damla"nın "Esma" üzərindəki təzyiqləri "Fikret"i çətin bir seçimin astanasına gətirir. Serialın bu dramatik bölümündə qəbul edilən qərarlar gələcək hadisələrin taleyini müəyyən edəcək.
Kənan
Milli.Az