İkardi "Fənərbağça" prezidentinə İLİŞDİ: azarkeşlər "cin atı"na mindi - FOTO

29 Aprel 2025 15:37

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi yenidən "Fənərbağça" prezidenti Ali Koça söz atıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında "Fənərbağça" azarkeşlərinin rəhbərliyə etirazını əks etdirən görüntülər paylaşıb.

Mauro bu addımı ilə "Fənər" azarkeşlərini cin atına mindirib.

Argentinalı paylaşımının üzərinə "Olarmı, əziz Fənərbağçalılar, bizə görə davam etsin" sözlərini və gülüş emojiləri yazıb.

Qeyd edək ki, Avropa Liqası oyununda ciddi zədə alan futbolçu bu mövsüm klubunun heyətində 14 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hüseyn
Milli.Az