Zaur qadağa qoyacaq: bu müğənnilər efirə çıxa bilməyəcək

29 Aprel 2025 15:10

Aparıcı Zaur Kamal müğənnilərə qadağa qoyacağını bildirib.

Milli.Az bildirir ki, verilişinə Özbəkistandan müğənni dəvət edən teleaparıcı həmin ölkədə ifaçıların səhnə tərzlərini xəbər alıb. 

Ölkə televiziyalarına çıxdıqda müğənnilərə açıq-saçıq geyimlərin qadağan olunduğunu öyrənməsi Zaur Kamalı da ilhamlandırıb. Sözügedən ölkədə nazirlik tərəfindən efirə çıxmaq üçün icazə vərəqələri verilir. Tv-yə dekolteli geyimdə çıxan müğənninin həmin sənədi həmişəlik əlindən alınır və toylara belə gedə bilmir.

Teleaparıcı da növbəti mövsümdən açıq-saçıq geyinən sənətçilərə efirində görünməyi qadacağan edəcəyinin anonsunu verib:

"Bizə efirdən azyaşlılar, ağasaqqallar baxır. Mən də gələn mövsümdən qadağa edəcəyəm. Onsuz da axşam şoularında edirəm". 

Teleaparıcının bu qərarı şou və sosial media əhli arasında müzakirələr yaradıb.

Hüseyn
Milli.Az