UFC çempionu 17 yaşlı qızı maşınla vurub öldürdü - FOTO

29 Aprel 2025 14:12

Keçmiş UFC çempionu Frensis Nqannu Kamerunda baş verən motosiklet qəzasında 17 yaşlı Ntsama Briqit Manuella adlı qızın ölümünə səbəb olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Yaounde şəhərində baş verib. Qəza zamanı Nqannu yaralanan qızı dərhal xəstəxanaya çatdırıb və müalicə xərclərini özü qarşılayıb. Buna baxmayaraq, Manuella aldığı xəsarətlərdən dünyasını dəyişib.

Nqannunun qəzanın məsuliyyətini üzərinə götürdüyü bildirilir. Bu hadisə onun 2025-ci ildə planlaşdırılan geri dönüşünü sual altına salıb. Şahidlərin sözlərinə görə, hadisə tamamilə təsadüfi olub, lakin istintaq hələ də davam edir.

MMA ulduzunun hələ də ictimaiyyətə açıqlama verməməsi diqqət çəkib. Lakin yaxınları onun bu faciəyə görə dərin peşmanlıq keçirdiyini bildiriblər.

İsmayıl
Milli.Az