Qız istəməyə gələn ata oğlanı orada qoyub gəlinini "aparmaq" istədi - VİDEO

29 Aprel 2025 13:17

İstanbulda maraqlı "qız istəmə" mərasimi sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki, Güney Koreyadan qız istəməyə gələn ailənin samimi davranışları və zarafatları mərasim iştirakçılarının gülüşünə səbəb olub.

Türk adət-ənənələrinə uyğun keçirilən mərasimdə damadın atası söz alaraq zarafatla belə deyib:

"Oğlan sizdə qalsın, qızı biz aparaq".

Bu gözlənilməz çıxış zalda böyük alqış və gülüşlə qarşılanıb. Qonaqlar Koreyalı ailənin həm səmimiyyətini, həm də yumor hissini təqdir ediblər.

Kənan
Milli.Az