"Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq məqsədilə ciddi addımlar atmağa qərarlıdır".
Mİlli.Az xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov dünən Mərkəzi Bankın sədri Taleh Kazımov ilə 9 iqtisadçı-ekspert arasında keçirilən ənənəvi görüşlə bağlı deyib.
Bununla bağlı Mərkəzi Bank ekosisteminin qurulması üçün digər banklara da icazə verəcək. Hazırda hesabların daşınması üzrə iş davam etdirilir. Yeniliyin bu ilin ikinci yarısından etibarən həyata keçirilməsi gözlənilir.
"Artıq məmurların maaşlarının və pensiyaların yalnız iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaş və pensiyasını ala biləcək. Əslində, qanunla bu hüquq mövcuddur, lakin ona əməl olunmurdu. Bununla yanaşı, Mərkəzi Bank islam bankçılığı institutlarını da mərhələli şəkildə tətbiq etməyi planlaşdırır", - deyə ekspert qeyd edib.
Asya
Milli.Az