Kino Agentliyinə Baş direktor təyin edilib

30 Aprel 2025 13:22

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktor təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

Rəşad Əzizov bu təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

Milli.Az