Bakıda onlayn elan saytlarının birində paylaşılmış bir məhsul qiyməti ilə sosial şəbəkələrdə və istifadəçilər arasında marağa səbəb olub.
Milli.Az xəbər verir ki, bir nəfər sadə görünüşlü bel kəmərini 10.000 manata satışa çıxarıb.
Elanın fotosundan görünür ki, sözügedən bel kəməri adi tibbi dəstək məqsədi ilə istifadə edilən bel bağlarından biridir. Elan sahibi isə məhsulun xüsusiyyətləri və bu qədər yüksək qiymətlə nə üçün satıldığını izah etməyib. Sadəcə "100 ilin antikvar kəməri" başlığı ilə qeyd edib.
Qeyd edək ki, bu cür yüksək qiymətə satılan məhsullar bəzən həqiqətən unikal xüsusiyyətlərə malik olur və ya xüsusi kolleksiya əşyaları olur. Amma bu bel kəməri ilə bağlı belə bir açıqlama verilməyib.
Kənan
Milli.Az