Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi - VİDEO

29 Aprel 2025 00:36

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az-ın məlumatına görə, İran Prezidentini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müşayiət edib.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Eldar Əzizov şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Bakı meri Pezeşkiana paytaxtda qeyri-rəsmi 3,5 milyon əhalinin olduğunu bildirib. Bu isə İran Prezidentinin təəccübünə səbəb olub.

Həmin anın videosunu təqdim edirik:

Milli.Az