İran Prezidenti: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq

28 Aprel 2025 18:55

Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.

"Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq", - deyə İran Prezidenti əlavə edib.

Milli.Az