Sumqayıtda su sayğaclarını oğurlayan bacılar tutuldu

28 Aprel 2025 18:09

Sumqayıtda 14 ədəd su sayğacı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı Amid Məhərrəmov, 33 yaşlı A.İskəndərova və bacısı 31 yaşlı S.İskəndərova tutulublar.

Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az