Pezeşkian: Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik

28 Aprel 2025 15:55

Biz bu regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımından çox sayda müştərək məqamlara malikik və biz bu müştərəkliklərlə fəxr edirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

İran Prezident bildirib: "Biz çalışacağıq ki, əlaqələrimizi güclü şəkildə davam etdirək. Biz bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik".

Milli.Az