İspaniyada fövqəladə vəziyyət elan edildi - Yenilənib

28 Aprel 2025 23:37

23:37

İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib.

İdarə fövqəladə vəziyyətin müraciət edən ərazilərdə tətbiq ediləcəyini vurğulayıb.


-----------
16:05

İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi nəticəsində böyük xaos yaşanıb.

Milli.Az xəbər verir ki, iki ölkənin bir çox bölgəsində elektrik enerjisinin birdən-birə itməsi səbəbindən sərnişinlər metrodan təxliyə olunub, işıqforlar fəaliyyətini dayandırıb və şəhərlərdə nəqliyyat sıxlığı yaranıb.

İspaniyanın elektrik şəbəkəsi operatoru verdiyi açıqlamada, elektrik enerjisi kəsintisinin mənbəyinin hələ müəyyən edilmədiyini bildirib.

Kəsintinin ardından həm İspaniya, həm də Portuqaliyada enerji şirkətləri problemi aradan qaldırmaq üçün səfərbər olunub. Elektrik enerjisinin bərpası üçün işlər sürətlə davam etdirilir.

Elektrik enerjisinin kəsilməsi əsasən metroların boşaldılması və işıqforların işləməməsi ilə nəticələnib. Böyük şəhərlərdə küçələrdə uzun avtomobil növbələri yaranıb, nəqliyyat iflic vəziyyətinə düşüb.

İspaniya hökuməti hadisənin səbəbini araşdırır. Eyni zamanda, Milli Kibertəhlükəsizlik İnstitutu (INCIBE) kəsintinin kiberhücum nəticəsində baş verməsi ehtimalını da qiymətləndirir.

Hazırda araşdırmalar davam edir və hələlik rəsmi nəticə açıqlanmayıb.

Fidan
Milli.Az