Putin atəşkəs elan etdi

28 Aprel 2025 15:40

Rusiya Prezidenti Vladimir Putin bugün Ukraynada 8-11 may tarixləri arasında atəşkəs elan edib.

Milli.Az xəbər verir ki, bu qərar Rusiyanın Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar olaraq humanitar səbəblərlə izah edilib.

Kremlin açıqlamasında, atəşkəsin yalnız bu tarixlərdə qüvvədə olacağı və tərəflərin hər hansı bir pozuntuya qarşı müvafiq tədbirlər görəcəyi bildirilib.

İslam
Milli.Az