"Hamının "vedrə"si var"

28 Aprel 2025 15:46

Müğənni Günel Ələkbərova diqqətçəkən açıqlamalar verib.

Milli.Az xəbər verir ki, ifaçı bir-birinin eybini açıb-tökən həmkarlarına üz tutub.

Onları qınayan Ələkbərova bu sözlərlə sənət yoldaşlarına dəstək çıxıb:

"Verilişə çıxıb deyirlər ki, onunla birgə oturmaqdan utandım. Bu, düz deyil, həmkarsınız, eyni sənətdəsiniz. Bacarırsınızsa, bir-birinizin paxırını bağlayın. Kimisə keçmişi ilə ittiham etmək olmaz. Heç kim südən çxımış ağ qaşıq deyil.

Hərənin özünə görə, necə lazımdırsa, "vedrə"si də var. Eləsi var ki, onun vedrəsindəki su, o birininkindən çoxdur. Ancaq yüz faiz var. Hamının özünə görə səhvləri olur. Bunu müzakirə etmək lazım deyil. Milyonların qarşısında kimisə baltalamaq olmaz".

Hüseyn
Milli.Az