Aleyna Tilki Bakıya gəlir

28 Aprel 2025 13:19

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki oxuyacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb. 

Bildirilib ki, mayın 21-i saat 19:00-da Milli Gimnastika Arenasında baş tutacaq açılışda Aleyna Tilki ilə yanaşı xalq artisti Aygün Kazımova da iştirak edəcək.

Açılış mərasimindən sonra isə Azərbaycan - Bəhreyn matçı baş tutacaq. 

Qeyd edək ki, dünya çempionatı 21 maydan iyunun 1-nə qədər Bakıda keçiriləcək. 

Milli.Az