"McDonalds"ın hamburgerində iyrənc "əlavə"
18 İyul 2012 14:59
Milli.Az AA-ya istinadən bildirir ki, şəbəkənin Çilidəki restoranlarından birində müştərinin aldığı hamburgerin içindən siçan quyruğu çıxıb.
Çilinin paytaxtı Santyaqodan 700 km cənubda olan Temuko şəhərindəki restorandakı olay araşdırılıb.
"McDonalds"dan aldığı hamburgerin içində "əcaib nə isə" olduğunu anlayan müştəri həmin nəsnənin siçan quyruğu olduğunu görən kimi sanitariya xidmətinə müraciət edib.
Bölgənin baş sanitar həkimi Valdo Armstronq aparılan yoxlama-təftişlər zamanı pendir və hamburger çörəyinin içində bişmiş siçan quyruğu parçalarının olduğunu təsdiqləyib.
"McDonalds" yetkililəri isə hamburgerin içinə siçan quyruğunun təsadüfən düşdüyünü deyiblər.
Siçan quyruğunun tapıldığı restoran hələlik qapalı qalacaq.
Milli.Az