Robot cərrahlar beş il ərzində insan həkimlərini geridə qoya bilər.
Milli.Az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask deyib.
Mask özünün Neuralink şirkəti tərəfindən hazırlanmış robotları avtomatlaşdırılmış sistemlərə bənzətmişdir. Onun sözlərinə görə, hazırkı modellər artıq bir sıra əməliyyatları uğurla yerinə yetirir və gələcəkdə mütəxəssislərin səviyyəsinə çatacaq.
Bundan əlavə, Mask qeyd edib ki, gələcəkdə əksər əməliyyatlar bu texnologiyalardan istifadə edilərək həyata keçiriləcək, bu da xəta riskini minimuma endirəcək.
Mask keçən ilin əvvəlində Neuralink çipi taxılan ilk xəstənin vəziyyətinin yaxşı olduğunu bildirmiş və çiyinlərindən aşağı iflic olan 29 yaşlı Nolan Arbo'nun demək olar ki, bütün günü bu cihazdan istifadə etdiyini qeyd etmişdir. Ardınca cihaz ikinci xəstəyə implantasiya edilib.
Biznesmen həmçinin, Neuralink-in insan beyninə "Blindsight" görmə çipini implantasiya etməyi planlaşdırdığını təsdiqləyib. O, xəstənin görmə qabiliyyətinin başlanğıcda aşağı olacağını əlavə edib.
Fidan
Milli.Az