ABŞ-da fəaliyyət göstərən it yemi şirkəti qeyri-adi iş elanı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, şirkət itlərin nəfəsini iyləyərək qoxu səviyyəsini qiymətləndirəcək təcrübəçi axtardığını açıqlayıb. Seçiləcək şəxsə saatına 25 dollar (təxminən 50 manat) ödəniləcək.
Şirkətin verdiyi açıqlamada bildirilir:
"Diş sağlamlığını dəstəkləyən xüsusi qidalarımızın itlərdə ağız qoxusuna təsirini qiymətləndirmək üçün qoxu mütəxəssisi axtarırıq" .
İş mahiyyəti qeyri-adi olsa da, elan sosial mediada və iş platformalarında böyük maraq doğurub. Şirkət, elanı yayımladıqdan dərhal sonra yüzlərlə müraciət aldığını bildirib. Ərizəçilərin it sevgisindən əlavə, bu fərqli iş təklifinə olan maraqları da diqqət çəkib.
Fidan
Milli.Az