Qurban Qurbanov hamı ilə görüşdü - Bir ondan başqa - VİDEO

28 Aprel 2025 10:46

Xəbər verdiyimiz kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olub.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi 32-ci turun "Sabah"la qarşılaşmasında 1:1 hesablı heç-heçə edərək çempionluğu rəsmiləşdirib və qızıl medallara sahib çıxıb. Qarşılaşmadan dərhal sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov paltardəyişmə otağında komanda üzvləri ilə görüşərək onların hər birini təbrik edib.

Lakin həmin anlarda maraqlı və bir qədər də gərgin bir məqam yaşanıb. Belə ki, Qurban Qurbanov bütün futbolçularla əl verib görüşdüyü halda, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Bəhlul Mustafazadənin bu vəziyyətdən narazı qaldığı və hisslərini gizlədə bilmədiyi açıq-aşkar görünür.

Hadisə azarkeşlər və futbol ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub. İzləyicilər bu hadisənin təsadüfi olub-olmaması, yoxsa arxa planda başqa səbəblərin olub-olmaması barədə fərqli fikirlər irəli sürüblər.

Hazırda nə Qurban Qurbanov, nə də Bəhlul Mustafazadə məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Kənan
Milli.Az