Fitnes məşqçi Kamil Zeynallı uşaqlıq dövrlərini yada salıb.
Milli.Az xəbər verir ki, oxuduğu məktəbə üz tutan idmançı maraqlı etirafı ilə diqqət çəkib.
"Oxuduğum məktəb 1-ci Qarabağ müharibəsi şəhidi, Elton Əkbərovun adınadır. Mənim burada 4-cü sinifə qədər olan illərimin heç biri yadımdan çıxmayıb. Dəcəl, qaynayan vaxtlarımız idi. Ömrümə yazılan illər oldu. Sonra Bakıya getdik. Orada 4 il sinifdə qalmışam.
Bunun səbəbi oxumamağım və digər məqamlar olub. İstərdim ki, oxuyum. Hazırda ali təhsilliyəm. İdman Akademisyasını bitirmişəm. İmkansızlıqdan gecikməm olub, işləmişəm deyə, oxuya bilməmişəm. Övladıma təhsil verməyə çalışıram. Özüm görmədiklərimi qızıma yaşatmaq istəyirəm.
Hüseyn
Milli.Az