"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Super Liqada 300-cü matçını idarə edərək Türkiyə futbolu tarixinə adını yazdırıb.
Milli.Az xəbər verir ki, 51 yaşlı Okan Buruk 300 matçda qazandığı 160 qələbə ilə Super Liqa tarixində ən çox qələbə qazanan üçüncü məşqçi olub.
Qeyd edək ki, Superliqanın 33-cü həftəsində "Qalatasaray" səfərdə "İkas Eyüpspor"u 5:1 hesabı ilə məğlub edərək çempionluq yolunda 5 xallıq üstünlüyünü qoruyub. Komandanın uğurlu çıxışı Okan Burukun rəhbərliyi altında əldə etdiyi böyük uğurların davamı olub.
Milli.Az