"O vaxta qədər atamın ağzından bunu eşitməmişdim"

28 Aprel 2025 19:35

Teleaparıcı Zaur Kamal açıqlaması ilə diqqət çəkib.

Milli.Az  xəbər verir ki, atasından danışan televiziya siması maraqlı etiraf edib.

"Atam mənim bu sahəyə gəlməyimə heç vaxt razı olmayıb. Qəti şəkildə fəxr etməzdi. 2016-cı ildə ölkə rəhbəri bizə ad verdi. Təkcə o vaxt zəng edib təbrik etdi.

Dedi ki, afərin sənə oğulsan. Ona qədər, neçə illərdir ki, fəaliyyət göstərirdim. Bir dəfə tərifini eşitməmişdim". 

Hüseyn
Milli.Az