Bu ərazilərdə qaz kəsiləcək

28 Aprel 2025 09:35

Bu gün Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidmətindən məlumat verilib.

159 mm və 50 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar rayonun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Kərməçataq kəndlərində saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Milli.Az