"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu oldu

27 Aprel 2025 21:59

"Qarabağ" komandası futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olub.

Milli.Az xəbər verir ki, XXXII turda "Sabah"la səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu sona 4 tur qalmış qızıl medalları təmin edib.

Bununla da Qurban Qurbanovun komandası 12-cı dəfə Azərbaycan çempionu olub.

Milli.Az