"Araz-Naxçıvan" və "Səbail" heç-heçə etdi

27 Aprel 2025 20:28

Misli Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan" səfərdə "Səbail"lə 1:1 hesablı bərabərə qalıb.

Milli.Az-ın məlumatına görə, "ASCO Arena"da keçirilən qarşılaşmada hesabı qonaqların heyətində Ülvi İsgəndərov 30-cu dəqiqədə açıb. 76-cı dəqiqədə isə Marko Nikoliç "Səbail"in bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra 54 xal toplayan "Araz-Naxçıvan" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 21 xalı olan "Səbail" isə sonuncu - onuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib, "Zirə" isə səfərdə "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazanıb.

Milli.Az