Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum X sosial şəbəkəsində bildirib.
"Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1025-nə cüzi ziyan dəyib, 12300-dən çoxuna ziyan dəyməyib", - Kurum qeyd edib.
Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.
Qeyd edək ki, bundan öncə nazir zəlzələdə 437 binaya zərər dəydiyini açıqlamışdı.
Milli.Az