İllər sonra "Kurtlar vadisi"ndən ayrılma səbəbini açıqladı

27 Aprel 2025 21:15

"Arka Sokaklar"da "Rıza baba" obrazını canlandıran Zafer Ergin illər sonra "Kurtlar vadisi" serialından ayrılmasının səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Aslı Şafak'la İşin Aslı" proqramında danışıb:

"Zərərli və pis vərdişlərə səbəb olduğu üçün serialdan ayrıldım. Üstəlik, çox gözəl şərtləri var idi. "Bəzi həmkarım soruşdu ki, dünyanın pulunu alırsan, niyə "Kurtlar vadisi"ndən ayrılırsan? dedilər. Mənim öz prinsiplərim və fikirlərim var. Televiziya böyük silahdır. Televiziyalar insanları yaxşılığa, doğruya, gözəlliyə yönəltmək qabiliyyətinə malikdir".

Qeyd edək ki, aktyor ekran işində "Mehmet Karahanlı" obrazını canlandırırdı. (Axşam.az)

Milli.Az