TRT-də yayımlanan məşhur "Təşkilat" serialında maraqlı bir epizod izləyicilərin diqqətini çəkib. Serialın bölümlərindən birində İstanbulda süni yeraltı təkanların yaradılacağına dair ciddi iddialar irəli sürülüb.
Həmin səhnədə Türkiyə kəşfiyyat orqanlarının rəhbər şəxsləri arasında gedən dialoqda ABŞ tərəfindən İstanbulda süni zəlzələ törədilə biləcəyi ehtimalı müzakirə edilir. Söhbət zamanı süni zəlzələnin necə, hansı üsullarla və hansı texnologiyalar vasitəsilə həyata keçirilə biləcəyi detallı şəkildə izah olunur.
Qeyd edək ki, serialda irəli sürülən bu iddialar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Milli.Az sözügedən epizodu təqdim edir: (Globalinfo.az)
Milli.Az