Bakıda külək attraksionu aşırdı – Uşaqlar xəsarət alıb – VİDEO

27 Aprel 2025 21:31

21:31

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Xəsarət alan şəxslər yerində tapılmayıb"- deyə TƏBİB-dən qeyd edilib.

Qeyd edək ki, daha öncə sosial şəbəkədə Böyük Şor bulvarında küləyin attraksionu aşırmasının görüntüləri yayılmışdı.

------------
18:10

Bu gün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş attraksionu aşıraraq yola atıb.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb. (bakues)

Milli.Az